Valideynləri qıza elçi getmədi - Oğlan özünü bıçaqladı


14:13     10 May 2018 bicaq.jpg


Azərbaycanda valideynlərini elçiliyə göndərə bilməyən gənc özünü bıçaqlayıb.

Femida.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə Bərdə rayonunun kəndlərindən birində qeydə alınıb. Kənd sakini 1995-ci il təvəllüdlü N.C. intihar etmək məqsədi ilə qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həyatı xilas edilib.

Araşdırma zamanı onun valideynlərinin sevdiyi qıza elçi getməməsi səbəbindən intihar etmək istədiyi məlum olub.

Femida.az

Açar sözlər: #kriminal   #Bərdə   #bıçaqlanma  

Oxunub: 2115