Neft Fondu 1.7 milyard dollar ayırdı


16:53     11 May 2015 neft%20fondu%201.7%20dollar%20femida.az.jpg

ARDNF (Azərbaycan Respublikası Dövlət Neft Fondu) Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 1,17 milyard dollardan çox vəsait ayırıb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, 2015-ci il aprelin 1-nə olan məlumata görə, o cümlədən, 532,7 milyon manat su elektrik stansiyasının tikintisi ilə birlikdə Taxtakörpü su anbarının tikintisinə ayrılıb. Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının tikintisinə müvafiq olaraq 410,7 milyon manat və 167 milyon manat ayrılıb".

Vəsaitin yerdə qalan hissəsindən layihə qrupunun saxlanmasına 3,56 milyon manat, texniki və tender sənədlərinin hazırlanmasına, eləcə də digər xərclərə 32,4 milyon manat ayrılıb.

Məlumata əsasən, bu ilin birinci rübündə ARDNF-dən göstərilən layihələrə 25 milyon manat ayrılıb.

Açar sözlər:

Oxunub: 946