Bərdədə ata və oğlu çəkiclə döyülüb


21:19     10 May 2018 cekic%20oldurulub.jpg

Mayın 9-da Bərdə Mərkəzi Xəstəxanasından ata və oğul - Ramiz və Yusif Əliyevin müxtəlif dərəcəli bədən xəsarəti ilə bağlı müraciət etdikləri barədə RPŞ-yə məlumat daxil olub.


DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, məlumatla əlaqədar RPŞ-də əməliyyat axtarış qrupu yaradılıb. Peşəkarlıqla “isti izlərlə” həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Adil İbrahimov sübhəli şəxs qismində saxlanılıb.

A. İbrahimovun istifadə etdiyi bıçaq və çəkic maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edib. Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 908