3 uşaq anası yoluxucu xəstəliyə tutuldu - Özünü yandırdı


14:10     11 May 2018 ozunu%20yandirdi.jpg

Tovuzda qadın özünü yandıraraq intihar edib.


Femida.az-ın məlumata görə, rayonun Cəlilli kəndində kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin həyətində olan toyuq hinində özünü yandırıb. Qadın hadisə yerində ölüb.

Məlumata görə, 3 uşaq anası olan qadın yoluxucu xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər: #yoluxucu   #xəstəlik   #intihar  

Oxunub: 4760