Kürəkən onunla sevişmək istəyən qayınanasını öldürdü - Məhkəmə


16:21     11 May 2018 2018/05/qadin-bogulma_1526027389.jpg

Bakıda qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə başlayıb.

Femida.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İbrahimov hakimin suallarının heç birinə cavab verməyib.

Məhkəmə baxışı mayın 17-ə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonu baş verib. "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova qətl qurbanı olub; onu boğaraq öldürüblər.

Qısa zamanda istintaq-əməliyyat qrupu cinayətkarın izinə düşüb. Qatilin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəninin olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

Cavad İbrahimov istintaqa verdiyi ifadəsində bildirib ki, qaynanası ona əxlaqsız təkliflər edib. Onun ifadəsinə görə, qayınanası kürəkəni ilə sevişmək istəyib: “Bu təklifdən sonra qayınanamı döydüm. Lakin onu öldürmək niyyətim yox idi”.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Femida.az

Açar sözlər: #Qadın   #Qayınana   #Cinayət   #Həbs  

Oxunub: 14094