Yeni Ekologiya və Təbii Sərvətlər Naziri istefa verdi
18:54 11 May 2018
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AFFA-nın Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsindən istefa verib.
Femida.az-ın məlumatına görə, bugünkü iclasda AFFA-nın İcraiyyə Komitəsi M.Babayevin istefasını qəbul edib. Qərara alınıb ki, milli assosiasiyanın növbəti Konfransınadək Apellyasiya və Arbitraj Tribunalının sədri vəzifəsi Ziya Babayevə həvalə olunsun.
İclasda həmçinin Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatın davam etdirilməsi, 2018/2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyununun əsas komandanınkından 1 gün əvvəl keçirilməsi qərara alınıb.
Premyer Liqada gənc futbolçularla bağlı limit də tətbiq olunub. 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunub.
Birinci Divizionla bağlı isə AFFA-nın baş katibliyi İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etməlidir.
İclasda, həmçinin Azərbaycan milli komandası barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənilib, lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olunub.
Qeyd edək ki, Muxtar Babayev daha əvvəl "Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib.
Femida.az
Oxunub: 11654
Oxşar xəbərlər
- Muxtar Babayevə yeni səlahiyyət verilib
- Muxtar Babayev Siyəzəndə vətəndaşları qəbul edib
- Muxtar Babayev azad olunan ərazilərdə görüləcək işlərdən danışdı
- Muxtar Babayevə yeni müavin təyin edildi
- Muxtar Babayev və müavinləri vətəndaşları qəbul edib
- Muxtar Babayev görüş keçirdi
- Muxtar Babayev iş adamları ilə görüşdü
- Muxtar Babayev Gəncədə qəbul keçirib
- Muxtar Babayev səfirlə görüşdü
- Son 30 il ərzində Azərbaycanda orta temperatur 1.4 dəfə artıb