Yeni nazir iki şöbəyə qadın rəhbər təyin etdi


19:06     11 May 2018 2018/05/sahil_1525182284.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr islahatları davam edir.

Femida.az xəbər verir ki, nazirliyin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsinin icrası Günel Nəsibovaya, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsinin icrası isə Südabə Cəfərovaya həvalə edilib.

Qeyd edək ki, bu günə qədər Daxili nəzarət şöbəsinə Sultan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinə isə Qurbanəli Əsədov rəhbərlik edib.

Femida.az

Açar sözlər: #Sahil_Babayev   #nazir   #sosial   #ƏƏSMN  

Oxunub: 3353