Türkiyə gəmisinə raket hücumu oldu


20:27     12 May 2018 2018/05/410281349_1526112146.jpg

Münaqişə nəticəsində ən azı 10 min nəfər ölüb, 3 milyon insan öz evini tərk etmək məcburiyyətində qalıb



Yəməndə Türkiyəyə məxsus gəmi husi üsyançıları tərəfindən atəşə raket atəşinə tutulub. Femida.az Son Dakikaya istinadən xəbər verir ki, İnce İnebolu adlı gəmisi Yəmənə 50 ton buğda daşıyırmış.

Raket hücumu nəticəsində gəmidə böyük bir partlayış baş verib, onun göyərtəsində böyük bir deşik yaranıb.

Mütəxəssislər partlayış nəticəsində gəminin hissələrinin həddən artıq isinməsi nəticəsində qəza ehtimalının da olduğunu bildiriblər.

Qeyd edək ki, Yəməndə üç ildir davam edən münaqişə nəticəsində xeyli ticarət gəmisi husi üsyançılarının hücumuna məruz qalıb. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ildən bəri husi üsyançılarına qarşı əməliyyat keçirir. Münaqişə nəticəsində ən azı 10 min nəfər ölüb, 3 milyon insan öz evini tərk etmək məcburiyyətində qalıb.

Açar sözlər: #Türkiyə  

Oxunub: 854