Saatlı və Sabirabadda bıçaqlanma - 2 nəfər öldü


20:45     12 May 2018 18_05_12_1526128582.jpg


Saatlı və Sabirabad rayonlarında bıçaqlanma nəticəsində iki nəfər öldürülüb.

Femida.az xəbər verir ki, Saatlı rayonunun Sarıcalar kəndində, dəmir yolu stansiyası ərazisində Yaqubov Kamran Etimad oğlu bıçaqla qətlə yetirilib.

Sabirabad rayon sakini, 1971-ci il təvəllüdlü Sadıqov Teymur Əlihüseyn oğlu da bıçaqlanaraq öldürülüb.

Hər iki fakt üzrə rayon prokurorluqları tərəfindən cinayət işi açılıb, təhqiqat aparılır.

Femida.az

Açar sözlər: #Sabirabad   #kriminal   #qətl  

Oxunub: 3040