Ədliyyə naziri Salyanda vətəndaşları qəbul edəcək


22:28     12 May 2018 2018/05/1225_-1526132398_1526134957.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mayın 16-da Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Salyan rayonunda vətəndaşların qəbulu keçiriləcək.


Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Salyan rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küç., 136) keçiriləcək qəbulda Salyan, Neftçala və Hacıqabul rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şirvan regional ədliyyə idarəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-15-66, 5-67-27, (051) 927-66-99), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Salyan rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Femida.az

Açar sözlər:

Oxunub: 1221