ABŞ Avropaya neft ixracını artırır


23:11     12 May 2018 neft5.jpg

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) neft bazarında tarazlığı bərpa etdiyi bir vaxtda ABŞ-ın neft istehsalçıları Avropaya xam neft ixracını artırırlar.


Femida.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, OPEC-in Rusiya və təşkilata üzv olmayan digər neft hasilatçısı ölkələrlə qiymətlərin optimal səviyyədə qalmasına can atdığı bir şəraitdə Birləşmiş Ştatlardan Avropaya xam neft axını artmaqda davam edir.

OPEC+ sazişindən sonra gündəlik hasilatın 1,8 milyon barrel azalması və ABŞ Prezidenti Donald Trampın İrana sanksiyaları bərpa etməsi fonunda qiymətlərin son dörd ilin ən yüksək səviyyəsinə çatması Birləşmiş Ştatlarda istehsalın artması ilə müşayiət olunub. Treyderlər bildirirlər ki, bu şəraitdə onlar üçün Rusiya, Nigeriya və digər hasilatçı ölkələrin neftini Avropaya satmaq daha çətinləşib. Onlar əlavə ediblər ki, bu il ABŞ-da neft hasilatının gündəlik 10,7 milyon barrelə çatacağı gözlənilir. Avropaya nəql olunan ABŞ neftinin həcminin isə 550 min barrel (2,2 milyon ton) olacağı gözlənilir.

Ekspertlərin məlumatına görə, 2018-ci ilin yanvar-aprel aylarında irihəcmli “Aframax” tankerləri ilə ABŞ-dan Avropa ölkələrinə 6,8 milyon ton xam neft göndərilib. Birləşmiş Ştatların ən çox xam neft ixrac etdiyi ölkələr Böyük Britaniya, İtaliya, Niderlanddır. Londondakı mütəxəssislər onu da əlavə ediblər ki, ABŞ neftinin Avropa ölkələrində daha çox satışının əsas səbəbi “Bernt” markalı neftdən daha ucuz olmasıdır. Belə ki, dünya bazarında “West Texas” markalı neftin hər barreli orta hesabla 4,46 dollar ucuz təklif olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 877