Rusiyada mer həbs edilib


00:59     26 Sentyabr 2015 pozadaye.jpg

Rusiya Federasiyasının Komi Respublikasının paytaxtı Sıktıkvar şəhərinin meri İvan Pozdeyev saxlanılıb.


Femida.az-ın xəbərinə görə, bu barədə ölkənin hüquq-mühafizə orqanlarındakı mənbədən "İnterfaks"a məlumat verilib.

Hazırda onun istintaq təcridxanasında saxlanıldığı deyilir.

Məlumata görə, İ. Pozdeyevə qarşı qeyri-qanuni torpaq alqı-satqısı ilə bağlı cinayət işi açılıb. Hüquq-mühafizə orqanları bu məsələnin respublikanın sabiq prezidenti Vyaçeslav Qayzerə qarşı açılan cinayət işi ilə bağlılığı olmadığını bildiriblər. Xatırladaq ki, Sıktıkvar meri Komi Respublikasının rəhbəri V. Qayzerin həbs edilməsindən sonra istefaya gedib.

Qeyd edək ki, sentyabrın 19-da Kominin rəhbəri Vyaçeslav Qayzer 19 nəfərlə birlikdə həbs edilib. Onlar cinayətkar şəbəkənin yaradılması və fırıldaqçılıqda təqsirləndirilirlər. İstintaqın versiyasına görə, onlar 2006-2015-ci illərdə dövlət əmlakının mənimsənilməsi ilə bağlı cinayət tərkibli aktlar həyata keçiriliblər.

Açar sözlər:

Oxunub: 903