Hacıqabulda “spays" satan şəxslər tutuldular


15:22     13 May 2018 hebs5.jpg

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərlə mübarizə tədbirləri çərçivəsində rayon sakinlərindən narkotik vasitə olan "spays" götürülüb.



Femida.az-ın məlumatına görə, Hacıqabul sakini, 1995-ci il təvəllüdlü Əliyev Sədail Mais oğlu saxlanılarkən onun üstündən 0,061 qram "spays" götürülüb.

Məlum olub ki, S. Əliyev həmin narkotik vasitəni Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Şükürov Fərid İlham oğlundan, sonuncu isə həmin narkotik vasitəni həmyerlisi 1987-ci il təvəllüdlü Qəhrəmanov Arif Rəcəb oğlundan əldə edib. S.Əliyev narkotik vasitəni saxlama, digərləri barəsində isə narkotik vasitənin satışı maddəsi ilə cinayət işi açılıb. Hər 3 şəxs saxlanılıb.

Qeyd edək ki, digər narkotik vasitələrə nisbətən az istifadə olunan "spays" insan orqanizmində təhlükəli fəsadlar törədən üzvü kimyəvi birləşmə (JWH-210) naftolindol sinfinə aid olan analgetik təsirli narkotik vasitədir. "Spays"-ı qəbul edən şəxslərin psixikasında ağır fəsadlar baş verir, narkotik vasitənin uzun müddət qəbulu insanda intihar etmə cəhdlərini artırır.


Femida.az

Açar sözlər:

Oxunub: 848