“Bakı Marafonu 2018”ə start verildi
15:32 13 May 2018
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018”ə start verilib.
Marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak edirlər.
“Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur. Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.
Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edəcək və Bakı Olimpiya Stadionunda başa çatacaq.
Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur.
Bakı marafonunda Azərbaycanın regionlarının - Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də iştirak edirlər.
Marafona Azərbaycan vətəndaşları ilə yanaşı, İtaliya, Fransa, Rusiya, Türkiyə, İran, Gürcüstan, Ukrayna, Belarus, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İraq, ABŞ, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Kolumbiya, Litva, Latviya, Almaniya, Çex Respublikası və digər ölkələrin təmsilçiləri qoşulublar.
Marafonda İtaliya, Rusiya, Türkiyə, Çin, Malayziya, Hindistan, Yaponiya, Özbəkistan, Türkmənistan, Kolumbiya, BƏƏ, Litva və Latviyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də iştirak edirlər.
“Bakı Marafonu 2018”in qalibləri iki kateqoriya üzrə müəyyən olunacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaqlar.
“Bakı Marafonu 2018”də toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Femida.az
Oxunub: 1199
Oxşar xəbərlər
- “Bakı bəyannaməsi” imzalandı
- “Bakı Metropoliteni” maşinist axtarır
- “Bakı Kristal Zalı”nın Mətbuat Mərkəzinin təmirinə başlanılır
- “Bakı Metropoliteni”nin yığılmış zərəri 500 milyon manata yaxınlaşıb
- “Bakı Metropoliteni"ndə koronavirusa qarşı görüləcək tədbirlər açıqlanıb
- “Bakı Metropoliteni”ndə 2 milyon manatlıq təmizlik işləri görüləcək
- “Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
- “Bakıda əmlakı olanlar ən azı 50 manat ödəməlidir” - Yeni qanun
- “Bakıda taksi fəaliyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil” - BNA rəsmisi
- “Bakı Metropoliteni” qatarların hərəkət qrafikini dəyişir