"Bakı marafonu - 2018"-in qalibləri müəyyənləşdi - Hamısı əcnəbilərdir


21:39     13 May 2018 2018/05/marafon-1_1526196869.jpg


"Bakı Marafonu - 2018"in qadın qalibi də müəyyənləşib.


Qadınlar arasında birinci yeri türkiyəli Fatimə Çelik tutub.

O, 1 saat 17 dəqiqə 55 saniyə göstərici ilə finişə birinci çatıb. Ukraynalı Valentina Paltovska ikinci, rusiyalı Anastasiya Petrova üçüncü olub.

"Bakı Marafonu - 2018"in kişi qalibi isə ukraynalı İqor Olifirenko olub.

O, 1 saat 5 dəqiqə 46 saniyə göstərici ilə 21 km məsafəni hamıdan tez qət edib. İranlı Məhəmməd Cəfər Muradi 1 saat 8 dəqiqə 8 saniyə göstərici ilə ikinci, türkiyəli Ömər Alkanoğlu isə 1 saat 11 dəqiqə 19 saniyə göstərici ilə üçüncü olub/Report.

Açar sözlər: #Bakı   #marafon   #idman  

Oxunub: 1205