İcra başçısı Dinçözə torpaq sahəsini necə hədiyyə edib? - Qanunda qadağa var (VİDEO)


16:33     14 May 2018 18_05_14_1526286918.jpg

"ATV maqazin onlarla” proqramınnın sonuncu buraxılışında türkiyəli müğənni Petek Dinçözə Şəkidə torpaq hədiyyə edilməsi ilə bağlı məlumat verilib.


Sujetdə müğənni özü etiraf edib ki,Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ona torpaq sahəsi hədiyyə edəcək və həmin mülkdə müğənni ev tikdirəcək.

Qeyd olunan xəbər sosial mediada ciddi müzakirələrə səbəb olub.Femida.az məsələnin hüquqi tərəfini araşdırıb.xarici ölkə vətəndaşı Azərbaycan Respublikası ərazisində torpaq sahəsi ala bilərmi?





Mövzu ilə bağlı Femida.az -ın suallarını cavablandıran hüquqşünas Vüqar Səfərli bildirib ki, əcnəbilər Azərbaycan Respublikası ərazisində yaşadığı müddətdə yerli vətəndaşlarla eyni hüquqlardan istifadə edə bilərlər.

Azərbaycan qanunvericiliyində əcnəbilərin ölkədə mənzil almasına dair heç bir problem yaranmasa da, torpaq alışına məhdudiyyət var.



"“Torpaq haqqında" Qanuna görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər mənzil əldə etdikdə Azərbaycan Respublikası vətəndaşlarına nisbətdə bir qədər artıq rüsum edirlər. Lakin torpaq almaqları problemdir. Əcnəbilərin mülkiyyətinə torpaq verilə bilməz. Bizim qanunvericilik bunu qadağan edir. Əgər onların mülkiyyətinə torpaq düşürsə, onu 1 il müddətinə özgəninkiləşdirməlidirlər. Ancaq torpaqdan başqa istənilən növ daşınmaz əmlak ala bilərlər.”

Hüquqşünasın sözlərinə görə,əcnəbi şəxsin qohumu Azərbaycan vətəndaşıdırsa, vərəsəlik qaydasında ona torpaq qalıbsa, 1 il müddətində həmin xarici vətəndaş torpağını özgəninkiləşdirməlidir.

“Heç bir əcnəbi Azərbaycanda torpaq sahibi ola bilməz. Həmçinin bu qanuna əsasən əcnəbilər Azərbaycanda həyət evi ala bilməz. Çünki həmin ev hansısa torpaq üzərində tikilir, o evə çıxarış verilir və həmin evin altındakı torpaq da xüsusi mülkiyyətə daxil olur. Bu baxımdan əcnəbi həyət evi ala bilməz”deyə Vüqar Səfərli bildirib.

Miri Məcidli
Femida.az


Açar sözlər: #Qanun   #petek_Dinçöz   #femida   #video   #Youtube   #Şəki   #İcra_başçısı   #Qanun   #Torpaq_Haqqında  

Oxunub: 16044