İşlədiyi yerdən oğurluq etdi


18:20     14 May 2018 ogurluq.jpg

Mayın 12-də saat 5 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Masallı rayonunun Şərəfə kəndi ərazisindəki yancaqdoldurma məntəqələrinin birindən 1448 manat pulun oğurlanması barədə müraciət daxil olub.

DİN-dən Femida.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi əməkdalarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən kənd sakini Pərviz Cabbarov “isti izlər”lə saxlanılılıb. Faktla bağlı araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 833