​Bərdədə azyaşlını avtomobil vurub


03:44     26 Sentyabr 2015 usaq4.jpg

Bərdədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, "VAZ" markalı maşın şəhərin H.Əliyev prospektində yolu keçmək istəyən azyaşlını vurub.

Yaralı sürücü tərəfindən xəstəxanaya aparılıb. Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən uşağın vəziyyəti ağırdır. Zərərçəkənin şəxsiyyəti hələ ki, məlum deyil.

Faktla bağlı Bərdə rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır./report/

Açar sözlər:

Oxunub: 872


Oxşar xəbərlər