Paşinyanla Putinin bağlı qapı arxasında baş tutan görüşü - VİDEO


19:16     14 May 2018 2018/05/maxre-1526296010_1526296686.jpg

“Ermənistanla Rusiyanın strateji əməkdaşlığı müzakirəyə qoyulmur. Bu məsələ üzrə konsensus mövcuddur və heç kəs bu münasibətlərin əhəmiyyətini şübhə altına qoymur və qoymayacaq.”



AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Soçidəki Avrasiya İqtisadi ittifaqı sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi ilk təkbətək görüşündə deyib.

İki ölkənin siyasi və iqtisadi sferalardakı əməkdaşlığına yeni impuls vermək niyyətində olduğunu bildirən Paşinyan, həmçinin hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.





Paşinyan son zamanlar Ermənistanda baş verən proseslərə Moskvanın münasibətinə də toxunub: “Mən Ermənistandakı daxili siyasi böhranla əlaqədar Rusiyanın olduqca “konstruktiv” mövqe nümayiş etdirməsini yüksək qiymətləndirirəm”

Vladimir Putin isə öz növbəsində Paşinyanı baş nazir seçilməsi münasibətilə bir daha təbrik edərək, Ermənistanı regionda yaxın partnyor və müttəfiq hesab etdiklərini bildirib. Bunun həm iqtisadi, həm də təhlükəsizlik məsələlərinə aid olduğunu vurğulayan Putin, həmçinin ümid edib ki, əlaqələrin bu cür dinamik inkişafı bundan sonra da qorunacaq.

İkitərəfli görüş daha sonra bağlı qapılar arxasında davam etdirilib.

Açar sözlər: #Rusiya   #Ermənistan   #Paşinyan   #Putin   #irəvan   #Video   #youTube  

Oxunub: 4512