Deputat: DİM-in açıqladığı nəticələr araşdırılmalıdır


19:34     14 May 2018 18_05_14_1526298414.jpg


Bu il I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin az qala yarısının 200-dən az bal toplaması çox düşündürücü və narahatedici bir məsələdir.

Femida.az xəbər verir ki, bunu oxu.Az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, əslində, bu göstərici minimum dərəcədə aşağı olmalı idi, ancaq çox təəssüflər olsun ki, ortada belə bir reallıq və acı mənzərə var:

“Bildiyiniz kimi, təhsil, onun inkişafı hər bir millətin, xalqın başlıca hədəflərindən, prioritetlərindəndir.

Çünki təhsilsiz cəmiyyət inkişafsız cəmiyyət deməkdir. İnkişafın, islahatların, çiçəklənmənin, tərəqqinin kökündə, özülündə məhz təhsil dayanır.

Ancaq bir daha qeyd edirəm ki, Dövlət İmtahan Mərkəzinin (DİM) açıqladığı nəticələr hamımızı narahat edir və bu narahatlıqlar da aidiyyəti qurum tərəfindən tezliklə araşdırılıb, təhlil edilib, aradan qaldırılmalıdır.

Düşünürəm ki, məhz belə də olacaq”, - deyə millət vəkili əlavə edib.

Femida.az

Açar sözlər: #təhsil   #DİM   #imtahan   #deputat  

Oxunub: 1070