İnsanları hədələyib pul alan şəxs tutuldu


20:35     14 May 2018 bicaqlanmma.jpg

Zərdab rayon sakinləri olan 3 nəfərin barələrində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsi barədə Rayon Polis Şöbəsinə müraciətləri əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılan Çallı kənd sakini Qənimət Məmmədovun digər cinayət əməllərinin də üstü açılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, belə ki, onun cari ilin fevral ayından aprel ayınadək olan müddətdə Zərdab şəhərində yanacaqdoldurma məntəqələrinin birinin və Ucar şəhərində 3 aptekin sahiblərinin xidməti fəaliyyətləri ilə əlaqədar barələrində sosial şəbəkəyə rüsvayedici məlumatlar yerləşdirəcəyi ilə hədələməsi, onların ikisindən - hər birindən 100 manat aldığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 471