Biləsuvarda şok intihar - Rəis özünü asdı
04:00 26 Sentyabr 2015
Bu dəqiqələrdə Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb.
Rayon sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, Biləsuvar Telekommunikasiya Qovşağının rəisi Ağayev İlkin Mirilham oğlu işlədiyi idarənin binasında intihar edib.
İdarənin işçiləri rəis otağının qapısının uzunmüddətli bağlı olduğunu görüblər. Onlar əlaqə yaratmaq mümkün olmadıqda qapını qıraraq içəri daxil olublar və İlkinin asılmış vəziyyətdə olan meyiti ilə rastlaşıblar.
Yerli sakinlərin sözlərinə görə, Ağayev İlkin 1980-ci il təvəllüdlüdür. O, iki ay əvvəl rəis vəzifəsinə təyin olunub. Rayonda ən nümunəvi şəxslərdən biri hesab olunur.
3 övlad atası olan Ağayevin intihar etməsindən bütün rayon əhalisi şoka düşüb.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ağayev İlkin Biləsuvarda çox tanınmış olan Seyid Sənayənin nəvəsidir.
Oxunub: 1255
Oxşar xəbərlər
- Biləsuvarda itin sədaqəti görənlərin heyrəti saldı – VİDEO
- Biləsuvarda fəhlə torpaq uçqunu altında qalıb
- Biləsuvarda kütləvi dava - 2 polis xəsarət aldı
- Biləsuvarda 0,5 ton pambıq yanıb
- Biləsuvarda polis əməliyyat keçirdi
- Biləsuvarda qadın özünü çardaqdan asdı
- Biləsuvarda pambıq tayası yanıb
- Biləsuvarda dəhşətli qəza - 4 nəfər ölüb
- Biləsuvarda yanğın olub, ev sahibi tüstüdən zəhərlənib
- Biləsuvarda şok: 9 yaşlı oğlan azyaşlı qızı öldürdü