Hesablama Palatası DSMF-də yoxlamalara başladı
23:14 14 May 2018
Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir.
Hesablama Palatası bildirib ki, bu ilin aprelin 2-dən nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulub.
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri 2017-ci ilin dekabr ayında təsdiq olunmuş “Azərbaycan Respublikasının Hesablama Palatasının 2018-ci il üçün iş planı”na uyğun olaraq həyata keçirilir”, – deyə məlumatda vurğulanıb.
Nəzarət tədbirinin nəticələri Hesablama Palatasının kollegiya iclasında müzakirə edilərək təsdiq olunduqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada açıqlanacaq./APA
Femida.az
Oxunub: 882
Oxşar xəbərlər
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Hesablama Palatası AZAL-da yoxlamalara başlayıb
- Hesablama Palatası MSK-da pozuntular aşkarlayıb
- Hesablama Palatasının mətbuat katibi dəyişib
- Hesablama Palatasının sədri və əməkdaşları təltif edilib - SİYAHI
- Hesablama Palatası Dünya Bankının aqrar layihəsini qiymətləndirib
- Fizika İnstitutu Hesablama Palatasının yoxlamaları ilə bağlı açıqlama yayıb
- Hesablama Palatasının büdcənin icrası haqqında qanun layihəsinə rəyi Milli Məclisə daxil olub
- Hesablama Palatası büdcənin icrası haqqında qanun layihəsinə rəy verib
- Azay Quliyev Hesablama Palatasına təkliflər verdi