İşsizlikdən və dövlət sığortalarını ödəməkdən yayınanlar cəzalanacaq - Prezidentdən QƏRAR
23:26 14 May 2018
Azərbaycan prezidenti İlham Əliyev ölkədə işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmanın cinayət məsuliyyəti yaratması ilə bağlı Milli Məclisin qəbul etdiyi dəyişikliyi təsdiqləyib.
Femida.az-ın məlumatına görə, dövlət başçısı müvafiq sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, 213-cü (Vergi ödəməkdən yayınma) maddəsinin adı dəyişdirilərək belə verilir: “Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma”. Eyni ifadələr maddənin birinci bəndinə də daxil edilir və mövcud cəzalar buna da şamil edilir.
Qeyd edək ki, maddədə qeyd edilən bəndinin məsuliyyəti belədir: “Cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Femida.az
Oxunub: 1388
Oxşar xəbərlər
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişikliklər təsdiqlənib
- Azərbaycanda daha çox qəza törətmiş sürücülərin icbari avtomobil sığortası artırıla bilər
- Azərbaycanda daha 700 xidmət icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil edilir
- Onkoloji xəstəliklər gələn ildən icbari tibbi sığortaya cəlb ediləcək
- Sosial sığorta ödənişlərinin gecikməsinin səbəbi açıqlanıb
- “İşsizlikdən sığorta haqqında" qanuna dəyişikliklər ediləcək
- İşsizlikdən sığorta ödənişi ilə bağlı gözləmə müddəti ləğv edilib, staj tələbi azaldılıb
- Hərbçilərin icbari sığortasının detalları açıqlanıb