Başına televizor düşən 3 yaşlı uşaq öldü - Bakıda


02:45     15 May 2018 18_05_14_1526316416.jpg


Bakının Xəzər rayonunda başverən bədbəxt hadisə nəticəsində üç yaşlı uşaq ölüb.

Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, mayın 12-də Türkan qəsəbəsində, Kamran Kazımzadənin evində faciə baş verib. Evdəki televizor onun yanında oynayan 3 yaşlı uşağın başına düşüb. Nəticədə uşaq kəllə-beyin travması alıb və Bakıdakı Neyrocərrahiyyə Mərkəzinə çatdırılıb.

Lakin həkimlərin səyinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. O, mayın 13-də keçinib.

Hazırda rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır./sputnik.az

Femida.az

Açar sözlər: #Bakı   #televizor   #uşaq  

Oxunub: 1144