Hərbçilərimiz güləşlə bağlı beynəlxalq tədbirdə - FOTO


13:55     15 May 2018 2018/05/1_1526363497_3052727986.jpg

Hərbçilər arasında 33-cü dünya çempionatının təşkilat komitəsinin son iclası keçirilib.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mayın 14-də Moskva şəhərində hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının təşkilat komitəsinin yarışlara hazırlıqla bağlı son iclası keçirilib.

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində, Mərkəzi Ordu İdman Klubunda keçirilən toplantıda Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) rəsmi nümayəndəsi Kim Hyun Soo, Təşkilat komitəsinin sədr müavini Kudryavçev Roman Aleksandroviç, hakimlər briqadasının sədri Qriqoryev Vladimir Aleksandroviç, UWW Təşkilatının rəsmi nümayəndəsi Uwe Manz, CİSM-in güləş komitəsinin sədri Marko Kopella, Təşkilat komitəsinin vitse-sədri Parxomenko Oleq Nukolaeviç, CİSM-in Qafqaz, Qara dəniz və Balkanlar üzrə kordinatoru, ehtiyatda olan polkovnik Nevzat Varol, yarışlarda iştirak edəcək komandaların rəhbər heyətinin üzvləri, hakimlər və məşqçilər iştirak ediblər.

Təşkililati məsələlərə cavabdeh olan Rusiya nümayəndəsi Parxomenko Oleq Nukolaeviç çıxış edərək yarışlar müddətində yaradılacaq şəraitlə və davranış qaydaları ilə komanda rəhbərlərini tanış edib.



Daha sonra CİSM-in güləş komitəsinin sədri Marko Kopella çıxış edərək yarışların təşkilindən, əhəmiyyətindən və təmsil etdiyi qurumun məramından, gələcəkdə keçirilməsi planlaşdırılan yarışlardan danışıb, idmançılara uğurlar arzulayıb.

Təşkilat komitəsinin iclasında yarışlarla bağlı bir sıra məsələlər müzakirə edilib və komanda rəhbərlərinin sualları cavablandırılıb.

Toplantıdan sonra texniki heyətin və hakimlərin yarış qabağı iclası da keçirilib və püşkatma olub.

Qeyd edək ki,yarışda ölkəmizi MOİK komandasının sərbəst güləş üzrə 9 idmançısı, Yunan-roma güləşi üzrə 9 idmançışı və sərbəst güləş üzr 3 qadın güləşçisi təmsil edir.

Azərbaycan komandasının rəhbəri MOİK-in rəisi polkovnik-leytenant Rəsad Quliyevdir.

İyirmi iki ölkənin 350-yə yaxın nümayəndəsinin qatılacağı dünya çempionatı mayın 20-dək davam edəcək.

Bu gün mayın 15-də dopinq nəzarətindən və idmançılarının çəkilərinin dəqiqləşdirilməsindən sonra yarışlara start veriləcək. Yarışların ilk günündə 5 çəki dərəcəsi üzrə kişi və qadın idmançıların döşək üzərinə çıxacağı gözlənilir.

Femida.az

Açar sözlər: #Güləş   #Hərbçi   #İdman  

Oxunub: 881