Metrodakı tüstülənmənin SƏBƏBİ
14:18 15 May 2018
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları arasındakı tuneldə elektrik xəttində qızma olub.
Femida.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
N.Paşayev bildirib ki, hadisə səhər saatlarında qeydə alınıb: "Qısaqapanma olmayıb. Xətdə qızma olub və nəticədə tüstülənmə baş verib. Metropoliten işçiləri dərhal müdaxilə edib və problem aradan qaldırılıb. Hadisə qatarların hərəkətinə ciddi təsir göstərməyib".
Qurum rəsmisi deyib ki, hazırda qatarların intervalında heç bir ləngimə yoxdur.
Femida.az
Oxunub: 1122
Oxşar xəbərlər
- "Bakı Metropoliteni"nin Elektrik Təchizatı Xidmətinin rəisi dəyişib
- Bu gecə metropolitenin iş vaxtı bir saat uzadılacaq
- Bu gündən “Bakı Metropoliten"ində maşinist seçiminə başlanılır
- Metropoliten "28 May" stansiyasındakı tüstülənməyə aydınlıq gətirdi
- "Bakı Metropoliteni" həftəsonları adi rejimdə fəaliyyət göstərəcək
- "Bakı Metropoliteni" maşinist peşəsi üzrə seçim elan edib
- "Bakı Metropoliteni"nin qatarları maşinistsiz idarə olunacaq
- Metropolitendə koronavirusla mübarizə tədbirləri gücləndirilib
- Bakı Metropoliteni sərnişinlərə müraciət edib
- "Bakı Metropoliteni": İyunun 1-nə qədər sərnişindaşımaya tam hazır olacağıq