Miqrasiya Xidmətinin “Facebook”da rəsmi səhifəsi açıldı
14:54 15 May 2018
Mayın 15-dən “Facebook” sosial şəbəkəsində Dövlət Miqrasiya Xidmətinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.
Femida.az
xəbər verir ki, məqsəd sosial şəbəkələrin imkanlarından istifadə etməklə DMX-nin fəaliyyəti barədə məlumatlandırma və maarifləndirilmə işini təşkil etmək, hər kəsin miqrasiya orqanlarının fəaliyyəti ilə əlaqədar istədiyi məlumatın sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə qanunla müəyyən edilmiş qaydada əldə olunmasını təmin etmək, vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin suallarını operativ, çevik cavablandırmaq və müraciətlərini qəbul etməkdir.
Səhifədə Xidmətin fəaliyyəti barədə operativ məlumatlar, yeniliklər, miqrasiya qanunvericiliyi, normativ-hüquqi sənədlər, keçirilən görüşlər, tədbirlər, statistika, təşkil edilən səyyar xidmətlər, foto və video materialların yayımı diqqətdə saxlanılacaq.
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini izləmək və təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər:https://www.facebook.com/miqrasiyaxidmeti/
Femida.az
Oxunub: 934
Oxşar xəbərlər
- Miqrasiya Xidmətinin rəisi vətəndaşların videoqəbulunu keçirdi
- DMX: 245 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
- DMX rəisi Ticarət Palatasının nümayəndələri ilə görüşdü
- DMX: Bəzi əcnəbilər qanunun tələblərini pozurlar
- DMX-nin Çağrı mərkəzinə 8 mindən çox zəng daxil olub
- DMX əməkdaşının kitabı Türkiyədə işıq üzü gördü
- Ötən ay DMX-a 7208 müraciət daxil olub
- DMX-nin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamədə dəyişiklik edilib
- Miqrasiya Xidmətinin rəisi illik hesabat verdi - VİDEO
- DMX-nin rəhbər heyəti maaşlarının yarısını "YAŞAT" fonduna köçürdü