“Ermənistan təxribata cəhd edir” - Fuad Ələsgərov


16:15     15 May 2018 fuad%20aleskerov%20azvision%20pl.jpg

"Yalnız Azərbaycanla sülhə nail olunması Ermənistanın uğurlu inkişafına gətirib çıxara bilər"


Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Hərbi cərrahların birinci beynəlxalq forumunda deyib.

“Ermənistanda bu gün olduqca ağlamalı vəziyyət müşahidə olunur. Bu ölkənin demoqrafik və iqtisadi göstəriciləri getdikcə aşağı düşür və yalnız Azərbaycanla sülh İrəvana hansısa formada kömək edə bilər” – deyə Fuad Ələsgərov bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan hərbi tibbin inkişafına böyük diqqət ayırır və bu, təsadüfi deyil. Çünki 20 ildən çoxdur ki, Azərbaycan əraziləri erməni işğalındadır.

F.Ələsgərov, həmçinin bildirib ki, İrəvan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində təxribat törətmək cəhdlərinə davam edir. “2016-cı ilin aprelində münaqişə alovlu mərhələyə keçdi və bütün dünya 2 min hektar ərazisini düşməndən azad edən Azərbaycan ordusunun gücünə əmin oldu”.

Femida.az

Açar sözlər: #Fuad-Ələsgərov   #Hüquq   #Forum   #İrəvan  

Oxunub: 1545