Kiyevdə 20 azərbaycanlı saxlanıldı - VİDEO
18:40 15 May 2018
Ukrayna polisinin gömrük xidməti əməkdaşları ilə birgə Kiyevdə apardığı reyd zamanı "Troeşina” bazarı yaxınlığındakı hosteldə yaşayan 32 qanunsuz miqrant saxlanılıb.
Femida.az xəbər verir ki, bu barədə Milli Polisin Daxili Təhlükəsizlik Departamentinin mətbuat xidməti məlumat yayıb.
Saxlanılanlar arasında 20 Azərbaycan, 8 Banqladeş, 1 Tacikistan, 2 Özbəkistan və 1 Rusiya vətəndaşı var.
Onların hamısının Ukraynaya Rusiya ərazisindən keçdiyi və ümumiyyətlə heç bir sənədlərinin olmadığı müəyyən edilib.
Reyd zamanı ümumilikdə 98 qanunsuz miqrant saxlanılıb.
Saxlanılan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi və deportasiyası üçün lazımi sənədlərin hazırlanması məsələsinə baxılır.
Femida.az
Oxunub: 786
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 55 mini keçib"
- Ukrayna Baş Qərargahı: "Rusiyanın daha 200 hərbçisi məhv edilib"