Azərbaycanda QİÇS xəstəlikləri üçün dərmanlar istehsal olunacaq
20:14 15 May 2018
Azərbaycanda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar istehsal olunacaq.
Femida.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" tərəfindən Almaniya, İtaliya və digər Avropa ölkələrinin texnologiyası əsasında ildə 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul istehsal edəcək zavod inşa ediləcək. Zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək.
Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, investisiya dəyəri 74 mln. ABŞ dolları olan əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış "Hayat Pharm" birgə müəssisəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC 10%, "Vita-A" MMC və "AR-Pharm" MMC isə hər biri 45% iştirak payına malikdir. Zavodun 2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur.
Oxunub: 1211
Oxşar xəbərlər
- Şuşada yaşayanlara tibbi xidmətlərin göstərilməsi qaydası açıqlanıb
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- Xaricdə hazırlıq keçən tibb və əczaçılıq işçilərinin biliyi yoxlanılacaq - ƏMR
- Azərbaycanda daha 700 xidmət icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil edilir
- Azərbaycanda tibb işçilərinə güzəştli ipoteka krediti veriləcək
- Əlillərə pulsuz dərman verən tibb müəssisələrinin siyahısı təsdiqlənib
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- TƏBİB: "Hazırda 46 pandemiya tibb müəssisəsindən 7-si fəaliyyətini davam etdirir"
- Azərbaycanda təcili tibbi yardım avtomobili qəzaya düşüb, xəsarət alan var
- Neftçalada elektrik cərəyanı tibb bacısını vuraraq öldürüb