Paşinyan Lukaşenkoya Azərbaycandan şikayətləndi


21:07     15 May 2018 18_05_15_1526389704.jpg

Ermənistan baş naziri Nikol Paşinyan Soçidə Rusiya və Belarus liderləri ilə keçirdiyi görüşlərdə müzakirə etdikləri məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.



Femida.az xəbər verir ki, onun sözlərinə görə, Vladimir Putinlə bir çox məsələləri müzakirə edib.

“Çox effektiv görüş oldu. Müzakirələr ümumi xarakter daşıyırdı”, - Paşinyan deyib.

Avrasiya İqtisadi Birliyinin sammitinə gəlincə, erməni baş nazir bildirib ki, bu, müzakirələr üçün maraqlı formatdır.

Lukaşenko ilə görüş zamanı Ermənistanı maraqlandıran məsələlər, o cümlədən Azərbaycana silah satışı müzakirə edilib.

Paşinyan qeyd edib ki, Belarus prezidenti bütün məsələlərə normal reaksiya göstərib.

Açar sözlər: #ermənistan   #Azərbaycan   #paşinyan   #Lukaşenko   #Qarabağ  

Oxunub: 4025