Həmsədrlər bağlı bəyanat yaydılar - Paris görüşü ilə


23:49     15 May 2018 2018/05/ddowxsuwaaaz9vt_1526399821.jpg

ATƏT-in Minsk qrup həmsədrləri Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair bəyanat yayıblar.


Femida.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, görüşdə sülh prosesinin irəli aparılmasının mümkün variantları müzakirə edilib.

ATƏT-in şəxsi nümayəndəsi Anjey Kaspşik görüş iştirakçılarına təmas xəttindəki vəziyyət barədə məlumat verib. Nazir E. Məmmədyarov isə Azərbaycanın aktiv danışıqlara hazır olduğunu bildirib.

Həmsədrlər Ermənistanın yeni rəhbərliyi ilə iyunda görüşəcəklərini bildiriblər.

Açar sözlər: #Həmsədrlər   #bəyanat  

Oxunub: 512