Sumqayıt Dövlət Universitetinin tələbələri arasında KÜTLƏVİ DAVA


00:39     16 May 2018 sumqayit2.jpg

Sumqayıt şəhərində tələbələr arasında kütləvi dava olub.


Femida.az-ın verdiyi məlumata görə, hadisə Sumqayıt Dövlət Universitetinin (SDU) Riyaziyyat fakültəsinin üçüncü kurs tələbələri arasında qeydə alınıb.

Yardımlı rayon sakini, 1997-ci il təvəllüdlü Akif Şaban oğlu Salmanov 7 nəfər tərəfindən döyülüb. Ağır kəllə-beyin travması alan yaralıtələbə yoldaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Zərərçəkmiş kütləvi davanın həmin şəxslərin ondan tez-tez pul tələb etməsi səbəbindən baş verdiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır. (report)

Femida.az

Açar sözlər: Sumqayıt   Dava  

Oxunub: 2097