53 yaşlı qadını avtomobil vurdu


15:48     26 Sentyabr 2015 f09588ffa5c2c1f233a7e2849c4e16481.jpg


Cəlilabadda yolu keçmək istəyən qadını avtomobil vurub. Femida.az xəbər verir ki, ötən axşam rayonun Zopun kənd sakini, Aqşin Tərlan oğlu Quliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Məhparə Xanoğlan qızı Abdullayevanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadını sürücü öz maşını ilə dərhal Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırıb. Yaralıya xəstəxanada ilk tibbi yardım göstəriləndən sonra vəziyyəti ağır olduğundan o, paytaxt xəstəxanalarından birinə göndərilib.
Faktla bağlı Cəlilabad rayon Polis şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1261