Bulvarda intihar - Əvvəlcə özünü bıçaqladı, sonra dənizə atdı

Bulvarda intihar - Əvvəlcə özünü bıçaqladı, sonra dənizə atdı

09:08     16 May 2018 baki-bulvari-razisind-wi-FEMIDA.JPG


Dənizkənarı Bulvarda intihara cəhd edən oğlan daha sonra özünü dənizə ataraq öldürüb.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Parkın Səbail rayonu ərazisinə düşən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Sadıqov Şəhriyar Ceyhun oğlu bulvar ərazisində bıçaqla özünə xəsarət yetirərək intihara cəhd göstərib. Daha sonra o, özünü dənizə atıb. Dənizdə boğulmaqda olan şəxs ətrafdakıların köməyilə xilas edilib. Ş.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #intihar   #bulvar   #Bakı  

Oxunub: 2588