700 bal toplayan abituriyent: “Heç bir hazırlıq kursuna getməmişəm”


13:37     16 May 2018 18_05_16_1526449746.jpg

“Xəbəri eşidəndə çox həyəcanlandım. Sual kitabçasına əsasən 700 bal toplayacağımı bilirdim. Lakin yenə də ehtiyyat edirdim”.

Femida.az xəbər verir ki, bu sözləri AzVision.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) 3-cü ixtisas qrupunun abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 700 bal toplayan Bakı şəhəri Nəsimi rayon Texniki-Humanitar liseyinin məzunu Zeynəb Quluzadə deyib.

Zeynəb sənədlərini Azərbaycan Diplomatik Akademiyasına verəcəyini bildirib: “Hüquqşünaslıq fakültəsində təhsil almaq istəyirəm. Nə repetitor yanına, nə də kursa getmişəm. Məktəbimizdə təhsil yaxşı olduğu üçün hazırlığa getmədim. Məktəb təhsili ilə 700 bal toplamışam”.

Qeyd edək ki, Zeynəb Quluzadə 11 il ərzində əla qiymətlərlə oxuduğu üçün Təhsil Nazirliyinin qızıl medalına namizəddir.

Femida.az

Açar sözlər: #tələbə   #təhsil   #imtahan  

Oxunub: 1003