70 min oğurlayan dəstənin daha bir üzvü tutuldu


14:50     16 May 2018 publraf.com1423305887hebs-a.jpg

Mingəçevirdə şirkətin 70000 manatını oğurlayan qrupun digər üzvü də saxlanılıb.

DİN-dən Femida.az-a verilən məlumata götə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov tutulub.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Mingəçevr   #Oğru   #Dəstə   #Həbs  

Oxunub: 438