Bakıda 3 ölkənin hərbi məktəb rəisləri görüşür


15:06     16 May 2018 2018/05/a976a-1526453857_1526454568.jpg

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ali hərbi məktəb rəislərinin üçtərəfli görüşü başlayıb.


MN-dən Femida.az-a verilən məlumata görə, görüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Türkiyə Quru Qoşunları Məktəbi və Gürcüstan Milli Müdafiə Akademiyasının nümayəndə heyətləri iştirak edir.

Mayın 18-dək davam edəcək tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstanın ali hərbi tədris müəssisələrinin təlim-tədris prosesləri barədə brifinqlər təqdim olunacaq, təcrübə mübadiləsi aparılacaq, birgə fəaliyyətlər və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə ediləcək.

Femida.az

Açar sözlər: #Azərbaycan   #Türkiyə   #Gürcüstan  

Oxunub: 610