Ramiz Həsənov nazir müavini təyin edildi


15:26     16 May 2018 18_05_16_1526455623.jpg


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçmiş sədri Ramiz Həsənov xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Femida.az xəbər verir ki, bu barədə virtualaz.org-a özəl mənbələrdən məlum olub.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 20 aprel 2018-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə ləğv edilib.

Onu da qeyd edək ki, bu günə qədər Azərbaycan Xarici İşlər Nazirliyi başçısının 5 müavin var idi: Araz Əzimov, Xələf Xələfov, Mahmud Məmmədquliyev, Hafiz Paşayev və Nadir Hüseynov.

Femida.az

Açar sözlər: #nazir   #XİN  

Oxunub: 1860