Tərtərdə iki maşın toqquşub - ÖLƏN VAR


15:54     16 May 2018 qeza1.jpg

Tərtərdə yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mayın 15-də saat 17 radələrində Tərtər şəhərinin ərazisində şəhər sakinləri Mehdi Mustafayevin və Mehman Əsədovun idarə etdikləri iki “VAZ-2106” markalı avtomobil toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilən M.Əsədov orada ölüb. Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #Tərtər   #yol   #qəza  

Oxunub: 514