Körpələr evindən qovulan baş həkimin yerinə TƏYİNAT
16:00 16 May 2018
Bakının Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evinin qalmaqallı baş həkimi Nəhayət Əliyevanın yerinə təyinat olub.
Femida.az Axar.az-a istinadən xəbər verir ki, 1 saylı Körpələr Evinin baş həkimi N.Əliyevanın uşaqlar üçün gətirilmiş əşyaları özünə məxsus avtomobilə yükləyib apardığını əks etdirən videolar yayıldıqdan sonra Səhiyyə Nazirliyi araşdırma başlatmışdı və o, müvəqqəti olaraq işindən təcrid edilmişdi.
Məlumata görə, araşdırmanın nəticəsi olaraq baş həkim N.Əliyeva vəzifəsindən azad edilib. Artıq onun yerinə təyinat da həyata keçirilib.
1 saylı Körpələr Evindən bildirildi ki, artıq müəssisənin baş həkimi Rəna Ağayevadır.
Qeyd edək ki, bir müddət əvvəl müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova video paylaşaraq, 1 saylı Körpələr Evindən oğurluq edildiyini bildirmişdi.
Femida.az
Oxunub: 1108
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb