Bakının bu yolları bağlanır


16:25     16 May 2018 big_1430381257_yol.jpg

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Ələt avtomobil yolunun Azneft dairəsi – Bayıl dairəsi arasında yerləşən hissəsində (hər iki istiqamətdə) və Lökbatan-Qobu-Hökməli avtomobil yoluna yeni üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.


Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən xəbərə görə, bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılıb.

Sürücülərin diqqətinə çatdırılır ki, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır. Bu məqsədlə avtomobillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılıb.

"Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

Femida.az

Açar sözlər: #Bakı   #Yol   #Nişan  

Oxunub: 591