İsrail səfiri Türkiyəni tərk etdi
16:30 16 May 2018
Bu gün İsrailin Ankaradakı səfiri Türkiyəni tərk edib.
Femida.az-ın Trend-ə istinadən məlumatına görə, ötən gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan diplomatdan ölkəni tərk etmək tələb olunmuşdu.
Yerli KİV-in yazdığına görə, bu gün İsrailin Ankaradakı baş konsulu da ölkədən çıxacaq. Bir qədər əvvəl isə İsrailin İstanbuldakı baş konsuluna analoji çağırış edilmişdi.
Xatırladaq ki, mayın 15-də Türkiyənin Baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.
Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.
Femida.az
Oxunub: 575
Oxşar xəbərlər
- Azərbaycan İsraillə hava əlaqələri haqqında saziş imzalayıb
- Prezident İlham Əliyev İsrailin sabiq Baş nazirini qəbul edib
- İsrail Dəməşqdən cənubda yerləşən hədəflərə raket zərbəsi endirib
- Ukrayna İsraildən “Dəmir günbəz” almaq istəyir
- Putin Lavrovun sözlərinə görə İsrailə üzrxahlıq edib
- İsrail Ukraynaya hərbi yardımı genişləndirməyi nəzərdən keçirir
- Azərbaycan XİN İsraili təbrik edib
- Prezident İlham Əliyev israilli həmkarını təbrik edib
- İsrail bu ölkəni vurdu
- İsrail raket atəşinə məruz qalıb