Prokuror keçmiş polis rəisinə ağır cəza istədi


16:34     16 May 2018 1398947325_mehkeme.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun dələduzluqda təqsirləndirilən sabiq rəisi, polis polkovniki Fərhad Məmmədxanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, F. Məmmədxanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 18-də davam etdiriləcək.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına göndərilib. Fərhad Məmmədxanov işə düzəltmək adı ilə 800 min manat mənimsəməkdə, bundan başqa mağazadan bahalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınmaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 521