Fəhlələri daşıyan avtobus yanaraq külə döndü -CƏLİLABADDA DƏHŞƏT


17:38     16 May 2018 18_05_16_1526463474.jpg

Cəlilabadda mikroavtobus yanıb.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə Əliqasımlı kəndində baş verib. Mikroavtobusda 10-a yaxın fəhlə olub.

Biləsuvar rayonuna məxsus daşıyan mikroavtobus anidən alovlanmağa başlayıb. Fəhlələr avtobusdan təxliyyə edilib, alov isə daha da güclənib. Yanğın yerli sakinlər tərəfindən söndürülüb.

İlkin məlumata görə, hadisə zamanı 1 nəfər qoxudan huşunu itirib. Ona hadisə yerində ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Açar sözlər: #Video   #Yanğın   #YouTube   #Cəlilabad   #Azərbaycan   #Kriminal   #Hadisə  

Oxunub: 4127