Kərə yağı biznesi – İdxal azaldı


18:33     16 May 2018 2018/03/kere-yagi_1520592053.jpg

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 25 mln. 771,57 min ABŞ dolları dəyərində 4 320,97 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.


Bu barədə Femida.az-a Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 955,05 ton və ya 18,10% azdır. Məbləğ baxımından isə illik nisbətdə 5 mln. 502,28 min dollar və ya 27,14% çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 20 mln. 269,29 min dollar dəyərində 5 276,02 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında kərə yağı və süddən hazırlanmış digər yağlar məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,85%-ni təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 740