“Naxçıvanın təhlükəsizliyi diqqət mərkəzindədir” - İlham Əliyev


18:30     16 May 2018 2018/05/15264-1526465997_1526468644.jpg

“Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf uğurla gedir”.


Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışından sonra ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Prezident bildirib ki, son 15 ildə Naxçıvanda ümumi daxili məhsul 10 dəfə artıb: “Bu da dünya miqyasında rekorddur. Naxçıvanda quruculuq işləri sürətlə gedir, infrastruktur layihələri uğurla icra olunur. Bu inkişaf ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.”

Dövlər başçısı qeyd edib ki, Naxçıvanın inkişafı və təhlükəsizliyinin təmin edilməsi hər zaman diqqət mərkəzindədir.

Femida.az

Açar sözlər:

Oxunub: 672


Oxşar xəbərlər