MTRŞ iki televiziyaya yayım hüququ verdi


20:20     16 May 2018 mtrss.jpg

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.


Şuradan Femida.az-a verilən məlumata görə, iclasda “Farrux Teleradio” MMC-nin və “Shakh Telecom” MMC-nin IP TV yayımı üçün lisenziya verilməsi barədə müraciətlərinə baxılıb və onlara kabel şəbəkəsi yayımı (yayım üsulu - internet, IP TV) üçün müddətsiz lisenziya verilib.

Femida.az

Açar sözlər: #MTRŞ   #lisenziya  

Oxunub: 833