Qarabağ adı altında qızların “müştəri” axtarışı – Biabırçı Video


21:14     16 May 2018 2018/05/masaj-fuhuş_1526476513.jpg

“Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində daha bir maraqlı mövzuya toxunulub.



Femida.az xəbər verir ki, bu dəfə Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Ağdam və digər işğal olunmuş rayonlarımızın adına açılmış kafelərlə bağlı görüntülər tamaşaçılara təqdim edilib.

Teleaparıcı Amil Xəlil bu cür kafelərin gecə saatlarında göstərdikləri xidmətlərdən danışıb. Hətta bəzi görüntülər belə tamaşaçılara təqdim edilib. Görüntülərdən də göründüyü kimi kafelərin qarşısında qızlar oğlanlarla görüşür və nələrisə müzakirə edir.

Hətta bəzi görüntülərdə içkili qızlar səs-küy salır və ətrafdakıları narahat etməyə başlayır. Digər görüntülərdə isə qızlardan biri dava edir və əraziyə polis əməkdaşı gəlir. Kafelərin adları və gördükləri “işlərlə” bağlı danışan aparıcı bəzi aidiyyatı qrumlara da səslənib. Hətta Nəsimi rayon ərazisində bu cür kafelərin daha bərbad olduğunu qeyd edərək artıq folklorla məşğul olan şəxslərin belə həssas məsləyə diqqət yeritməsini xahiş edib.

Xatırladaq ki, verilişin informasiya dəstəyi Femida.az saytına məxsusdur

Geniş videonu sizə təqdim edirik:


Açar sözlər: #Biabırçılıq   #Video   #YouTube   #Space   #Qarabağ   #fahişəlik  

Oxunub: 14538